6 mart 2014 00:11

Elvin Yuniszadə: Foqts razı qalmışdı

Millimizin debütantı Elvin Yuniszadə azerisport.az saytına müsahibəsində Dubayda Filippin yığmasına qarşı keçirilmiş oyunda vurduğu qələbə qolu və öz oyunu haqda danışıb:
- Qələbə münasibəti ilə təbrik edirik. Oyun sizin üçün necə keçdi?
- Biz bacardığımız kimi oynadıq. Əminəm ki, daha çox qol vura bilərdik. Ancaq rəqib müdafiədə diqqətli oynadı.
- İkinci hissədə rəqib hücumda oyununu gücləndirəndə həyəcan keçirmirdiniz?
- Yox, çünki, rəqibin xüsusi təhlükəli anları yox idi. Bəli, biz müdafiəçilər də meydanda rəqibə qarşı çox diqqətli və konkret oynadıq.
- Yəqin ki, debüt oyununda vurduğunuz qola hədsiz şadsınız ki, bu qol milliyə qələbə qazandırdı?
- Hisslər xoş hisslərdir. Ancaq düzünü etiraf edim, o an mən nə baş verdiyini anlamağa macal tapmadım. Buna görə də hisslərim xüsusilə təzahür etmədi.
- Yığmada belə debütlə sizi təbrik etdilər?
- Mənə “Neftçi”dən zəng etdilər və bir də dostlarım. Xoş idi.
- “Neftçi”də ən yaxşı bombardirlər müdafiəçilərdir. Vurduğunuz qolla məşqçi qərargahına sizi tez-tez əsas heyətdə meydana buraxmaq lazım gəldiyini göstərmək niyyətində deyilsiniz?
- Klubda yığmada olduğu kimi, əsas, nəticədir. Düşünürəm ki, qolu kimin vurduğunun xüsusi əhəmiyyəti yoxdur. Yığmda öz yerim barədə mən xüsusilə düşünmürəm. Əsası, Berti Foqtsun etimadıdır.
- Oyundan sonra o, sizə şəxsən nə isə dedi?
- O, əlimi sıxdı və debüt münasibəti ilə təbrik etdi. Hiss edirəm ki, Foqts müdafiənin oyunundan razı idi. Axı biz qo buraxmadıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.