6 mart 2014 12:00
Tomas Duli: Mən qələbə qazanmaq istəyirdim, ancaq Azərbaycan yığması ilə belə oynadığımıza şadam
Filippin yığmasının baş məşqçisi Tomas Duli millimizə qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Duli yerli KİV-ə bunları sözləyib:
“Ümumilikdə, xoşbəxtəm. Əlbəttə, mən qələbə görmək istəyirdim. Ancaq Azərbaycan yığması kimi güclü rəqibə qarşı belə oynamağımıza şadam.Bu, bizim yarışmalı olduğumuz səviyyədir. Axı heç zaman komandanın təsnifata necə başlayacağını bilmirsən. Buna görə də , həmişə belə oyunlardan başlamaq lazımdır. Bizim necə oynadığımızı görmək xoş idi. Hamı mübarizə aparırdı. Ötən oyunda olduğu kimi, öz yetirmələrimin oyununda təlaş görmədim. Onlardan hər biri digərinə kömək etmək istəyirdi”.
