6 mart 2014 11:22

Vaqif Cavadov: Komanda yoldaşlarımı tənqid etmək istəmirəm

Millimizin hücumçusu Vaqif Cavadov Filippin yığması üzərində 1:0 hesablı qələbədən sonra, azerisport.az saytının suallarını cavablayıb:
- Oyun haqda nə demək olar?
- Biz güclü rəqibə qarşı oynayırdıq. Onların FIFA reytinqindəki mövqeyi sizi aldatmasın. Almaniya və İngiltərə çempionatlarından olan çox hazırlıqlı möhkəm, yaxşı oyunçuları var. Onlar tez və sürətli oynamağa cəhd edirlər.
- Qələbədən razısınız?
- İstənilən qələbə xoşdur. Xüsusən, ili qələbə ilə başlayanda. Ümidlər yaranır ki, gələcəkdə də hər şey belə olacaq.
- Bunun üçün nə etmək lazımdır?
- Əlbəttə, artırmaq lazımdır. Bugünkü oyun göstərdi ki, üzərində işləməli olduğumuz şeylər var. Ümid edirəm ki, artıq növbəti görüşdə bizim inkişafımız hiss ediləcək.
- Oyundan sonrakı mətbuat konfransında Berti Foqts bildirib ki, bəzi futbolçular göstərdiyi oyun üzərində düşünməlidir. Sizcə, o, kimi nəzərdə tuturdu?
- Bəs o, adlar çəkdi?
Yox.
Onda mən də çəkməyəcəyəm. Əgər məşqçi ad çəkməyi lazım bilmirsə, komanda yoldaşlarımı tənqid etmək mənim hüququm deyil.
- Bu halda, ola bilərmi ki, kimsə sizi müsbət tərəfdən gördü?
- Biz normal oynadıq. Düşünmürəm ki, kimsə xüsusən fərqləndi. Xoşuma gəlir ki, inamlı oynadıq, rəqibə qapımız ağzında çoxlu vəziyyətlər yaratmağa imkan vermədik. Əsası, bu ruhda da davam etməkdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.