6 mart 2014 11:11

İnterin oyunçuları millilərdə: qol və qol ötürməsi

Məlum olduğu kimi, dünən milli komandaların yoldaşlıq matçları keçirildi. Azerisport.az xəbər verir ki, “İnter”in 7 futbolçusu milli komandaların düşərgəsinə yollanmışdı.
Belə ki, Vaqif Cavadov, Ruslan Əmircanov və Abdulla Abasiyev Azərbaycan milli komandasına dəvət edilmişdilər. Bu, Abdulla Abatsiyev üçün milli komandaya ilk dəvət idi. Filippinlə oyunda gənc oyunçuya debüt etmək müyəssər olmadı. Lakin Vaqif Cavadov və Ruslan Əmircanov start heyətində meydana çıxdılar. Cavadov 65 dəqiqə meydançada oldu və qol ötürməsilə fərqləndi, Əmircanov isə 80-ci dəqiqədə əvəzləndi. Azərbaycan yığması bu görüşdə 1:0 hesabıyla qalib gəldi.
Ölkəmizin gənclərdən ibarət milli komandasına “İnter”in iki futbolçusu - İlqar Ələkbərli və Azər Salahlı dəvət edilmişdi. Moldovayla keçirilən oyunda hər iki futbolçu meydana ikinci hissədə çıxdılar: Salahlı fasilədən dərhal sonra, Ələkbərli isə matçın 70-ci dəqiqəsində meydanda göründü. Məhz Azər Salahlının dəqiq zərbəsi Azərbaycanı məğlubiyyətdən xilas etdi - 1:1.
Lixtenşteynlə yoldaşlıq matçı ərəfəsində Gürcüstan milli komandasının heyətinə “İnter”in iki futbolçusu - Baçana Sxadadze və Laşa Salukvadze dəvət almışdılar. Salukvadze meydana çıxmadı, Sxadadze isə matçın 60-cı dəqiqəsində mübarizəyə qoşuldu. Nəticədə Gürcüstan millisi rəqibini 2:0 hesabıyla məğlub etdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.