6 mart 2014 20:00
Yunis Hüseynov limitin aşağı salınmasını istəyir
Topaz Premyer Liqasında legioner futbolçulara olan limit aşağı salınmalıdır. Bu fikri azerisport.az saytına açıqlamasında veteran futbolçu Yunis Hüseynov söyləyib:
"İcraiyyə Komitəsi limiti aşağı salmalıdır. Yerli futbolçular oynamasa, heç bir inkişaf olmayacaq. Limit aşağı salınmalıdır. Bu qərar gənclərin oynamasına şərait yaradacaq. Eyni zamanda futbolçuların qiyməti də artmamalıdır. Klublar gənclərə şans verməklə heyətdə yerli futbolçular arasında rəqabət yaratmalıdır. Əks halda, yığma komandamızdan heç bir irəliləyiş gözləmək olmaz".
