6 mart 2014 18:18

Kamran Quliyev: Sumqayıt olmasaydı, Neftçi indi ikinci pillədə qərarlaşardı

“Sumqayıt” FK-nın prezidenti Kamran Quliyev azerisport.az saytına müsahibəsində komandasının son nəticələri haqda danışıb:

- Son vaxtla “Sumqayıt”la nə baş verir?
- Qış fasiləsi müddətində komanda 13 futbolçusunu itirdi. Bir nəfər isə geri döndü. Bu, “Neftçi”yə iki qol vurmuş Mirzəağa Hüseynpurdur. Komandaya ötən nəticələrə görə bəraət qazandırmaq istəmirəm, ancaq bizə həqiqətən də çətindir. Qış fasiləsindən sonra biz pis futbol göstərmirik. Əlbəttə, “Simurq”la oyunu (0:4) istisna etsək. Komandaya bir qədər vaxt lazım idi. Klub rəhbərliyi və məşqçi qərargahının məşq prosesindən əlavə, futbolçularla ilk növbədə, onların psixoloji vəziyyətləri ilə bağlı işi, müəyyən bəhrə verir. Komanda toplanıb və nə etmək lazım gəldiyini bilir. Nəticə göz qabağındadır. Bütün bunlardan başqa, ölkənin gənclər yığmasına (U-21) beş futbolçumuz yollanıb. Onlar bir müddət idi ki, çağırılmırdı. Bu, o deməkdir ki, biz oynamağa başlamışıq.

- “Sumqayıt” bir qalda olaraq xal yığmaqda davam edəcək?
- Əgər əvvəlcədən nə olacağını bilsəydim, yəqin ki, maraqsız olardı (gülümsəyir). Komanda nə bacardığını bilir. Gücümüz kifayət qədərdir. Biz gəncik. Gənclərin isə belə sabitliyi olmur.

- Demək olarmı ki, “İnter”ə qarşı keçiriləcək növbəti oyun “Neftçi” (2:0) və “Bakı”ya (0:0) qarşı keçirilmiş oyunların təsadüf olmadığın sübut etməlidir?
- İlk növbədə özümüz özümüzə və azarkeşlərimizə sübut etməliyik. Bu halda, başqaları da bunu görəcək. “Bakı”ya qarşı oyun, başqa məsələdir. Bu oyun göstərdi ki, biz on nəfərlə belə, güclü rəqibə qarşı oynaya və vəziyyətlər yarada bilərik. Beləliklə, bu oyun bütün bunların təsadüfü olmadığına birbaşa sübutdur.

- Bəs komanda “İnter”lə də uğurlu oynasa?
- Onda demək olar ki, irəliyə böyük addım atılıb. Axı sadaladığımız komandalar indi də Premyer Liqada yüksək yerlərə iddialıdır.

- Həmçinin, “Sumqayıt” ciddi surətdə liderlərin kefinə soğan doğramağa başlayıb.
- Yalnız “Sumqayıt” yox. Çempionatımız maraqlıdır. Burada hər şey mümkündür. Ötən turda “Rəvan” “Qəbələ”dən xallar qopardı. Biz də “Qəbələ”dən üç xal almışıq. daha beş xal isə üç oyunda “Neftçi”dən qoparmışıq. Biz olmasaydıq, bakılılar indi “Qarabağ”a yaxın idilər və ikinci pillədə qərarlaşardılar.

- Sizcə, bu mövsüm hansı komanda çempion olacaq?
- “Qarabağ” real namizəddir. Onlar köklənmiş oynasalar, onda, hansı “Sumqayıt” burada nə isə edə bilər? Buna rəğmən, biz onlara qarşı oyunda da yaxşı nəticəyə köklənəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.