6 mart 2014 17:00
Cavid Hüseynov: Nəticə yaxşı olsa da, oyun uğurlu olmadı
Milli komandanın futbolçusu Cavid Hüseynov azerisport.az saytına açıqlamasında yığmamızın Filippin komandası ilə görüşü haqda danışıb:
"Nəticə baxımından yaxşı oldu. Qələbə, istənilən vaxt qələbədir. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlmək hər zaman xoşdur. Sadəcə, oyunumuz o qədər uğurlu olmadı. Yığma daha yaxşı oynaya bilərdi. Müəyyən mənada, bütün gücümüzü göstərmədik. Bəlkə də yoldaşlıq görüşü olduğundan, maksimum diqqətli deyildik".
