6 mart 2014 15:22

Sumqayıt FK-da Müşahidə şurasının ilk iclası keçirilib

2013-cü ilin avqust ayında AFFA-nın İcraiyyə Komitəsinin keçirilmiş iclasında Topaz Premyer Liqasında çıxış edən klublarda İdarə heyətinin yaradılması ilə bağlı qərar qəbul olunub. Azerisport.az xəbər verir ki, bununla əlaqədar olaraq, bir müddət əvvəl "Sumqayıt" Futbol Klubunda Müşahidə Şurası yaradılmış və tərkibi elan edilmişdi. 
İlk dəfə olaraq, “Sumqayıt” Futbol Klubunda Müşahidə Şurasının iclası keçirilib. Tədbirdə "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev, "Azərikimya" İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov, "Paşa Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Əməkdar məşqçi, SSRİ idman ustası, futbol veteranı Telman Salahov, Azərbaycan Respublikasının fəxri bədən tərbiyyəsi və idman işçisi Abdulla Məmmədov və dəvət olunmuş AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev iştirak edib.
Tədbirdə əvvəlcə klubun prezidenti Kamran Quliyev klubun yarandığı tarixdən bu günə qədər olan hadisələrin və görülən işlərin hesabatını təqdim edib. Ardınca "Paşa Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov sponsorluq və əməkdaşlıq çərçivəsində layihələrdən danışıb. Klubun vitse-prezidenti Vaqif Ömərov isə yaradılmış infrastruktur haqqında məlumat verib.
İclasda, Müşahidə Şurası klubun rəhbərliyinə klubla və yeni stadionla bağlı təkliflər, sponsorluq layihələrinin hazırlanması göstərişi verib.
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.