6 mart 2014 15:15
Toni Doblas: Azərbaycandan əla təklif gəlsə də, məni aldatdılar
“Napoli”nin qapıçısı Toni Doblas bildirib ki, “Xəzər Lənkəran”ın düşərgəsinə keçərkən, ölkəmizdə onu aldadıblar. Azerisport.az xəbər verir ki, İspaniya KİV-nə Doblas bunları söyləyib:
“Azərbaycandan əla təklif gəlsə də, məni aldatdılar. Mənə dedilər ki, bu klub “Çelsi”nin yerli analoqudur. Ancaq əməkhaqqının verilməsində problemlər ortaya çıxdı. Artıq bütün bunlar əhəmiyyət kəsb etmir”.
