6 mart 2014 14:33
Georgi Nikolov: Mütləq avrokuboka vəsiqə qazanmalıyıq
"İnter"in prezidenti Georgi Nikolov azerisport.az saytına açıqlamasında komandasının TPL-in 25-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəyi səfər oyunundan danışıb:
"Qış fasiləsindən sonra yaxşı mübarizə göstəririk. Sadəcə, bəzi oyunlarda istədiyimiz nəticəni qazanmaq mümkün olmur. Bununla belə, komandanın avrokuboklara vəsiqə qazanmaq şansı var. Çempionatda əsas mübarizə indi başlayır. Ona görə yalnız irəli baxmaq lazımdır. "İnter" yarış cədvəlində irəliləməklə, hədəfə çata bilər. Komandama inanıram və ümid edirəm ki, avrokuboklara vəsiqə qazanmağı bacaracağıq".
