6 mart 2014 14:22
Böyükağa Hacıyev Qəbələyə qarşı oyundan danışdı
"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında Topaz Premyer Liqasının 25-ci turunda "Qəbələ"yə qarşı keçiriləcək oyundan danışıb:
"Səfər oyunu çətin olacaq. "Qəbələ" yaxşı heyətə malik rəqibdir. Bununla belə, "Neftçi" artıq özünə gəlib. Bütün gücümüzlə "Qəbələ"yə qarşı səfər oyununa hazırlaşırıq. Rəqibin oyunlarını təhlil etmişəm. Döyüşkən ruhda oynayacağıq. Məqsədimiz üç xal qazanmaqdır. Onsuz da, son görüşlərdə çox xal itirmişik. Artıq limitimiz tükənib. Bizi yalnız qələbə razı salacaq".
