6 mart 2014 14:14
Bernhard Lippert: Azərbaycanda futbolçuların yüksək məvacibi problem yaradır
Gənclərdən ibarət millimizin baş məşqçisi Bernhard Lippert Almaniya KİV-nə müsahibəsində özünü komandada işi haqda danışmaqla yanaşı, yerli klublarla Almaniya klublarını müqayisə edib və Bakıdakı həyatından danışıb. Azerisport.az Lippertin müsahibəsini diqqətinizə çatdırır:
- Bu komada ilə işləmək alman mütəxəssis üçün necə bir işdir?
- Mən göstərişləri almanca da versəm, bu, problem deyil. Artıq altı ildir ki, tərcüməçi ilə işləyirəm. Bir-birimizi sözsüz başa düşürük. Məsələn, mən səsimi ucaldıramsa, uşaqlar nə demək istədiyimi artıq başa düşürlər. Bundan başqa, oyunçulardan ikisi Almaniyadandır. Eren Taşkun (“Fortuna”, Düsseldorf) və Taşkın İlter (“Ayntraxt”, Braunşveyq) mənim göstərişlərimi meydanda uşaqlara çatdırmağa kömək edirlər.

- Budesliqa və ya Frankfurt “Ayntraxt”ı ilə müqayisədə Azərbaycan futbolunun səviyyəsi necədir?
- Azərbaycanın ən yaxşı klubları İkinci Bundesliqa komandaları ilə bərabər mübarizə apara bilər. Qalanları isə güman ki, regional liqalar səviyyəsindədir. Ancaq bununla belə, məvacibləri çoxdur. Və bu, yeri gəlmişkən, problemlər yaradır.

- Hansı mənada?
- Azərbaycan komandaları çoxlu əcnəbiləri cəlb edir. Mahiyyətcə, onlar mənə xoş gəlir. Ancaq buna görə isə, gənc oyunçuların inkişafı əziyyət çəkir.

- Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsla iş sahəsində əməkdaşlıq münasibətləriniz necədir?
- Dünən əsas yığmanın Dubayda başa vurduğu toplanışa beş futbolçunun gənclər yığmasından dəvət alması, bizim onunla əməkdaşlıq mexanizminin işləməsindən xəbər verir. Onunla demək olar ki, gündəlik əlaqələrim var.

- Bu qədər uzaq bir diyarda işləmə xoşunuza gəlir?
- Düzünü etiraf edim, mən Azərbaycana gələndə, başqa bir təsəvvürüm vardı. Bu ölkə çox sürətlə inkişaf edir. Bakı isə Qərbi Avropa paytaxtı kimidir. Futbolçu kimi, sizin burada, bu çoxsaylı mədəniyyətlərin qovuşduğu meqapolisdə həyat üçün gərəkli hər şeyiniz var.

- Bakıda daimi yaşayış yeriniz var?
- Əlbəttə. Mən gənclər yığmasının baş məşqçisi və idman direktoru olduğum üçün, həmişə buradayam. Vətəndə ildə altı həftə keçirirəm.

Gələcəyə planlarınız var?
- Hazırda Bakıda özümü çox rahat hiss edirəm. Bu, mənim üçün normaldır. Axı burada artıq altı ildir ki, yaşayıram. Hələ bir il də müqaviləm var. Ancaq özünüz bilirsiniz ki, futbolda hər şey necə olur...