6 mart 2014 13:44
Xəzər Lənkəran ciddi cəhdlə hazırlaşır
Bu gün “Xəzər Lənkəran” Tofiq Bəhramov adına stadionun ehtiyat meydanında məşq keçirib. Azerisport.az klubun mətbuat xidmətinə istinadən verir ki, ötən turda zədə səbəbi ilə iştirak etməmiş Adrian Skarlatake və Etame Mbilla ümumi qrupa qoşulub və 25-ci turda “Rəvan”a qarşı oyuna hazır olacaqlar.
Fərdi proqramla Rasim Ramaldanov, Rahid Əmirquliyev və Elnur Abdullayev məşqlərini davam etdirir. Abdullayevin qarşıdakı oyuna çıxacağı ehtimal edilir.
