6 mart 2014 13:22
Yunanıstan klubunun futbolçusu TPL-ə keçmək istəyir
Yunanıstan Superliqası təmsilçisi “Pantrakikos”un hücumçusu İqor de Souza TPL-də peyda ola bilər. Azerisport.az xəbər verir ki, klubunun 34 yaşlı braziliyalı ilə müqavilə müddətini artırmaq istəyinə rəğmən, futbolçu başqa çempionatlardan, xüsusən ölkəmizdən təklif intizarındadır.
Futbolçunun sözlərinə görə, Azərbaycandan bir klub onunla əlaqə saxlayıb. Ancaq komandanın adı hallanmır.
Qeyd edək ki, De Souza Portuqaliyanın “Braqa”, İspaniyanın “Salamanka” komandalarında forma geyib.
