6 mart 2014 01:11
Bakı FK: Kançelskis komandanın baş məşqçisi olmayacaq
Bir qədər əvvəl xəbər verdiyimiz kimi, ötənlərin məşhur rusiyalı futbolçusu Andrey Kançelskisin “Bakı”nın baş məşqçisi ola biləcəyi haqda məlumat yayılmışdı. Azerisport.az xəbər verir ki, klubdan müxbirimizə bu barədə təkzib bildirilib:
“Bu məlumat həqiqətə uyğun deyil. Kançelskis komandanın baş məşqçisi olmayacaq. “Bakı” Milinko Pantiçin rəhbərliyi altında çalışır və o, son vaxtlar öz işində uğurlara nail olur. Komanda avrokuboklara düşmək uğrunda mübarizə aparır”.
