6 mart 2014 13:11
Tuyqun Nadirov: Azərbaycan Kubokunda uğur qazanmaq şanslarımız az deyil
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov azerisport.az saytına açıqlamasında komandanın qış fasiləsindən sonrakı oyunu barədə danışıb:
"Komanda qış fasiləsindən sonra bir qədər inamlı görünür. Son oyunda “İnter”lə 1:1 oynamağımıza baxmayaraq, irəliləyiş hiss olunur. Çempionatda “Rəvan”la görüşə də qələbə üçün çıxacağıq. Mövsümə pis başlamağına rəğmən, avrokuboklara vəsiqə qazanmaq şansımız qalır. “Xəzər Lənkəran” sona qədər mübarizəni davam etdirəcək. Üstəlik, Azərbaycan Kubokunda mümkün qədər irəliləmək istəyirik. Turnirdə şanslarımız heç də az deyil. Ona görə komandamızın mövsümü titulla başa vurmaq şansı itməyib".
