6 mart 2014 13:00

Elvin Yunuszadə: Qələbə qolunu vurduğuma görə ikiqat sevincliyəm

Filippin yığması ilə oyunda millimizin qələbə qolunu vurmuş “Neftçi” PFK-nın yetirməsi Elvin Yunuszadə klubun rəsmi saytına müsahibə verib. Azerisport.az Yunuszadənin fikirlərini diqqətinizə çatdırır:
- Milli komandaya dəvət olunmağını necə qarşıladın?
- Milli komandada oynamaq hər bir futbolçunun arzusudur. Buna nail olmaq üçün oynadığın klubda özünü göstərməlisən. “Neftçi”də gənc yerli futbolçulara həmişə şans verilib. Biz də çalışmışıq ki, etimadı doğruldaq. Komandada məndən başqa bir neçə gənc futbolçu var ki, mütəmadi olaraq U-21 yığmasına çağırılır. Fikrimcə, onlar öz üzərində çalışsalar yaxın gələcəkdə əsas milliyə dəvət ala bilərlər.
- Səncə, yığma komandaya cəlb olunmağında əsas rolu nə oynadı?
- Biz ardıcıl üç mövsüm Azərbaycan çempionu olduq. Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsində oynadıq. Məşqçilər heyətinə minnətdarlığımı bildirirəm ki, mənə bu oyunlarda güvəndilər və şans verdilər. “İnter”, “Partizan”, “Rubin” kimi rəqiblərlə oyunda topladığımız təcrübələrin faydasını sonrakı qarşılaşmalarda gördük. Təbii ki, ölkə çempionatı da çox maraqlı və gərgin keçir. Milli komandanın məşqçiləri də Premyer Liqa oyunlarını izləyirlər. Yığmamızın baş məşqçisi Berti Foqtsa təşəkkür edirəm ki, mənə güvənib. Çalışacağam ki, özümü ən yaxşı tərəfdən göstərim.
- Filippinlə oyunda start heyətində meydana çıxacağını gözləyirdin?
- Hazırlığın ilk günündən çalışırdım ki, milli komandanın baş məşqçisi Betri Foqtsun bütün tapşırıqlarını yerinə yetirim. O da bunu qiymətləndirdi və start heyətində meydana çıxdım. Yoldaşlıq oyunu olmasına baxmayaraq, milli komandanın forması ilə meydana çıxdığım ilk matçda qələbə qazandıq. Müdafiəçi olsam da, debüt oyunumda qələbə qolunu vurduğuma görə ikiqat sevincliyəm. Amma bu yerə gəlib çatmağım heç də asan başa gəlməyib. Futbolçu kimi yetişməyimdə klub rəhbərliyi, məşqçilər heyəti və futbolçu yoldaşlarımın böyük əməyi var və buna görə onlara öz təşəkkürümü bildirirəm. Gənc olmağıma baxmayaraq qətiyyən arxayınlaşmıram və inanıram ki, milli komandaya gələcək oyunlarda da faydalı olacağam.
- Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərimiz barədə nə deyə bilərsən?
- Fikrimcə, daha asan rəqiblərlə düşə bilərdik. Amma bu rəqiblərlə də başa-baş mübarizə aparmağa çalışmalıyıq. Qrupun favoriti təbii ki, İtaliya yığmasıdır. Xorvatiya, Norveç və Bolqarıstan komandaları ilə oyunlarda xal qazanmaq mümkündür. Maltanı isə hər iki matçda məğlub etmək olar. Amma futbolda proqnozlar özünü heç də həmişə doğrultmur. Sadəcə bacardıqca daha çox xal toplamalıyıq. Biz gənclər üçün belə rəqiblərlə görüşlər əlavə stimuldur və bu oyunlarda ikiqat səy göstərərək nəticə qazanmaqla yanaşı Avropa klublarının diqqət mərkəzinə düşə bilərik.
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.