5 mart 2014 12:40
Berti Foqts: Cənubi Amerikada bu komandalara qarşı oynamaq asan olmayacaq
Millimizin baş məşqçisi Berti Foqts Almaniya yığmasının DÇ-2014-də zəfər qazanacağına əmindir. Azerisport.az xəbər verir ki, Foqts bunları söyləyib:
“DÇ-nin finalında Almaniya yığması qalib gələcək. Ancaq bunun üçün uğur lazımdır. Artıq yarımfinalda almanlar Braziliya və ya Argentina ilə qarşılaşa bilər. Cənubi Amerikada bu komandalara qarşı oynamaq isə elə də asan olmayacaq. Yoahim Lövə 2010-cu və 2012-ci illərdə ondan üz döndərmiş uğurun üzünə gülməsi gərək olacaq”.
