5 mart 2014 12:22
Filippin yığması qapıçısını itirdi
Bu gün millimizə qarşı yoldaşlıq oyununa çıxacaq Filippin yığması itki ilə üzləşib. Azerisport.az Filippin KİV-nə istinadən xəbər verir ki, qapıçılardan biri, İsveçrənin “Servet” klubunun üzvü Roland Müller xəstələnərək komandaya qoşula bilməyib.
Xatırladaq ki, bir müddət əvvəl komandanın digər qapıçısı Nil Eteric və yarımmüdafiəçi Pol Molders sıradan çıxmışdı. Həmçinin Stefan Şrekin millimizə qarşı oyunda iştirakı sual altındadır.
