5 mart 2014 00:22
Böyükağa Hacıyev: Araz bağışlandı, bəs Neftçi?
"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında NİK-in Araz Abdullayevə verilən qırmızı vərəqənin ləğvi barədə danışıb:
"Araza verilən qırmızı vərəqə yanlış qərar idi. Qərarın ləğvi dediklərimizin düz olduğunu sübut etdi. Futbolçu bağışlandı. Bəs “Neftçi” nə etsin? Araz qırmızı vərəqə alanda komandamız iki top fərqi ilə uduzurdu. Oyunda dönüş ola bilərdi. Lakin hakim oyuna damğasını vurdu. Səhv hamıda olur. Sadəcə, niyə bütün səhvlər “Neftçi”nin görüşünə təsadüf edir?".
