5 mart 2014 00:11
Azərbaycan millisinin 2014-cü ildə ilk sınağı
Bu gün futbol üzrə Azərbaycan yığması 2014-cü ildə ilk sınağına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamızın ilk rəqibi Filippin yığması olacaq.
Qeyd edək ki, yoxlama matçı Dubay toplanışı çərçivəsində baş tutacaq. Komandamız mart ayının ilk günündən etibarən Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışındadı. Əvvəlki illərdə yığmamız bu ölkəyə adətən fevralda üz tutardı. Amma bu il planlarda müəyyən dəyişikliyə əl atıldığından, komandamız yalnız mart ayında Dubaya yollana bildi. Əvvəlki Dubay toplanışlarından fərqli, bu dəfə millimiz bir neçə yox, yalnız bir sınaq matçına çıxacaq.
Azərbaycan millisi Filippin yığması ilə heç vaxt üz-üzə gəlməyib. Bu komanda millimizin tarixinə yeni rəqib kimi düşəcək.
Rəqibimiz elə də güclü komanda sayıla bilməz. Filippin yığması FİFA-nın son reytinq cədvəlində 127-ci yerdə qərarlaşıb. Komandanın hesabında 219 reytinq xalı var. Azərbaycan isə rəqibi ilə müqayisədə nisbətən ön pillələrdədi. Foqtsun çalışdırdığı yığmamız fevral ayında açıqlanan siyahıda 93-cü olub (372 xal).
Göründüyü kimi, millimiz reytinqdə rəqibindən xeyli öndədi. Bu üzdən düşünmək olar ki, komandamız bu rəqibinə asanlıqla qalib gələcək. Amma bu düşüncələr bizi yanılda da bilər. Hər halda əvvəlki illərdə özümüzdən qat-qat zəif hesab etdiyimiz çox komanda olub ki, millimizə əsl sürpriz yaşadıblar.
Foqtsun Dubaya optimal heyət aparmaması da öz sözünü deyə bilər. Bir sıra aparıcı yığma üzvlərinin kənarda qaldığı bu dəfəki heyətdə yeni və gənc oyunçular da yer almaqdadı. Almaniyalı mütəxəssis çox güman ki, onlara da debüt şansı yaradacaq. Bu, millimizin rəqibi üzərində daha parlaq çıxış etməsinə problem yarada bilər. Amma eyni zamanda bu gənclər özlərini göstərmək üçün gözləniləndən yaxşı çıxış etməklə də bizi təəccübləndirə bilərlər.
Qeyd edək ki, bu qarşılaşma yığmamızın AÇ-2016-nın seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır. Düzdü, çoxları düşünə bilər ki, Filippin İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta ilə müqayisədə çox zəif komandadı və bu görüşün bizə faydası olmayacaq. Amma ümid edək ki, qarşılaşmanın futbolçularımıza faydası çox olacaq və bunun xeyrini görəcəyik.
Sonda Foqtsun Filippinlə oyunda xidmətindən yararlanmaq şansına malik olduğu futbolçuların siyahısını təqdim edirik:
Qapıçılar: Kamran Ağayev (Qəbələ), Anar Nəzirov (Qəbələ);
Müdafiəçilər: Rəşad Sadıqov (Qarabağ), Bədavi Hüseynov (Qarabağ), Elvin Yunuszadə (Neftçi), Elnur Allahverdiyev (Qəbələ), Ruslan Əmircanov (İnter), İlkin Qırtımov (Simurq), Ruslan Abışov (Rubin, Rusiya);
Yarımmüdafiəçilər: Qara Qarayev (Qarabağ), Abdulla Abasıyev (İnter), Cavid Hüseynov (Bakı), Rəşad Sadiqov (Neftçi), Araz Abdullayev (Neftçi);
Hücumçular: Vaqif Cavadov (İnter), Rauf Əliyev (Bakı), Cihan Özkara (Sivasspor, Türkiyə), Rüfət Dadaşov (Kayzerslautern, Almaniya), Toğrul Erat (Fortuna, Düsseldorf, Almaniya).
Yoxlama oyunu, 5 mart
19:00. Azərbaycan - Filippin
Hakimlər: Fəhad Abdulla Əhməd Əl-Kəssar Banihəmməd, Əhməd Səid Əhməd Əl-Əsal Əl-Rəşadi, Yasem Abdulla Yusif Abdulla Əl-Əli, Həməd Əhməd Abdulla Əl-Şeyx Həşmi (Birləşmiş Ərəb Əmirlikləri)
Dubay. İran stadionu.