5 mart 2014 12:00
TPL-in 24-cü turunun ən yaxşıları - Qarabağın hökmranlığı
Topaz Premyer Liqasında 24-cü turun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən, ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
Qapıçı: Kamal Bayramov (Rəvan);
Müdafiəçilər: Ansi Aqolli (Qarabağ), Yohan Bokonyano (İnter), Bədavi Hüseynov (Qarabağ), Mahir Şükürov (Neftçi);
Yarımmüdafiəçilər: Muarem Muarem (Qarabağ), Riçard Almeyda (Qarabağ), Marinaldo da Silva (Qarabağ), Leroy Corc (Qarabağ);
Hücumçular: Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter).
Turun ən yaxşı oyunçusu isə "Qarabağ"ın braziliyalı oyunçusu Reynaldodur.
(PFL)
