5 mart 2014 21:44
Füzuli Cavadov: Yalnız ilk hissənin ilk 15-20 dəqiqəsində oynadıq
Futbolumuzun veteranı Füzuli Cavadov Filippin yığmasına qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az Cavadovun fikirlərini diqqətinizə çatdırır:
“Bizimkilər kifayət qədər əzgin görünürdü. Yalnız ilk hissənin ilk 15-20 dəqiqəsində oynayırdılar. Sonra sakitləşdilər. Heyətdə yeni oyunçular çox idi. Buna görə də vaxt lazımdır. Rəşad Sadıqov meydana çıxandan sonra daha sakit oynamağa başladıq”.
