5 mart 2014 21:33
Berti Foqts: Ruslan Abışovdan narazıyam
Millimizin baş məşqçisi Berti Foqts Filippin yığmasına qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az Foqtsun fikirlərini diqqətinizə çatdırır:
“Qələbədən razı qalsam da, oyundan tam razı deyiləm. Komandada yeni oyunçuların olduğu görünürdü. Çoxsaylı lazımsız səhvlər etdilər. Ümid edirəm ki, uşaqlar bunu üzərində öyrənəcəklər. Abdulla Abatsiyevi meydana buraxmaq istəyirdim. Ancaq rəqibin təzyiqini görüb bunu etmədim. Ümid edirəm ki, o, belə də oynamağına davam edəcək. Bəzi futbolçulara yaxşıca fikirləşmək lazımdır. Müdafiənin mərkəzinə gəlincə, mən Elvin Yuniszadə və Bədəvi Hüseynovdan razıyam. Ancaq dayaq zonasında və hücuma keçəndə biz zəif idik. Bunun səbəblərini bilirəm. Şadam ki, biz hələ yoldaşlıq görüşləri keçirəcəyik. İlin əvvəlinə başlanğıc verdik. May ayında iki oyun keçirəcəyik. Avqust ayında daha birini”, deyə Foqts sözə başlayıb.
- Nə üçün Ruslan Abışovu fasilədə əvəzlədiniz?
- Mən Ruslandan elə onun özü kimi narazıyam. O, xarakterli futbolçudur. Onun yaxşı oyunları olur. Ruslan hələ qayıdacaq.
- Mən Ruslandan elə onun özü kimi narazıyam. O, xarakterli futbolçudur. Onun yaxşı oyunları olur. Ruslan hələ qayıdacaq.
- Ola bilərmi ki, əsas heyətdə müdafiənin mərkəzində “Qarabağ”da olduğu kimi Bədəvi Hüseynovla Rəşad Sadıqov oynasın?
- Bu barədə heç nə deyə bilmərəm. Hələ tezdir. Mən bir neçə sxemi yoxlama istəyirəm. Ancaq Bədəvini mən “dayaqçı” görürəm. Həm də unutmayın ki, bu də əlimizin altında Rahid Əmirquliyev və Rasim Ramaldanov yox idi.

- Toplanışa çağırılmayanlardan millidə kim çatmırdı?
- Heç kimsə. Biz meydanda 1 futbolçu ilə oynayırdıq.
- Heç kimsə. Biz meydanda 1 futbolçu ilə oynayırdıq.
- Rəqib haqda nə deyə bilərsiniz?
- Yaxşı komandadır. Yaxşı oyun sistemi var. Duli burada çox iş görüb. Meydanda yaxşı hərəkət edirdilər.
- Yaxşı komandadır. Yaxşı oyun sistemi var. Duli burada çox iş görüb. Meydanda yaxşı hərəkət edirdilər.