5 mart 2014 21:21
Berti Foqts: Dayaq zonasında və hücuma keçəndə zəifliyimizin səbəblərini bilirəm
Millimizin baş məşqçisi Berti Foqts Filippin yığmasına qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Foqts bunları söyləyib:
“Qələbədən razı qalsam da, oyundan tam razı deyiləm. Komandada yeni oyunçuların olduğu görünürdü. Çoxsaylı lazımsız səhvlər etdilər. Ümid edirəm ki, uşaqlar bunu üzərində öyrənəcəklər. Abdulla Abatsiyevi meydana buraxmaq istəyirdim. Ancaq rəqibin təzyiqini görüb bunu etmədim. Ümid edirəm ki, o, belə də oynamağına davam edəcək. Bəzi futbolçulara yaxşıca fikirləşmək lazımdır. Müdafiənin mərkəzinə gəlincə, mən Elvin Yuniszadə və Bədəvi Hüseynovdan razıyam. Ancaq dayaq zonasında və hücuma keçəndə biz zəif idik. Bunun səbəblərini bilirəm. Şadam ki, biz hələ yoldaşlıq görüşləri keçirəcəyik. İlin əvvəlinə başlanğıc verdik. May ayında iki oyun keçirəcəyik. Avqust ayında daha birini”.
