5 mart 2014 19:55
Bernhard Lippert: Qapıçının görmə problemi və pis işıqlandırma ucbatından bu səfeh qolu buraxdıq
Gənclərdən ibarət futbol millimizin (U-21) baş məşqçisi Bernhard Lippert Moldova yığmasına qarşı bu gün keçirilmiş yoldaşlıq oyunu barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Lippert bunları söyləyib:
“Bir ildən bir qədər artıq müddət əvvəl bu komandalar Orqeyevdə qarşılaşmışdılar. O zaman oyun 1:1 hesabı ilə başa çatmışdı. Maraqlıdır ki, həmin heyətdən yalnız üç oyunçu bu oyunda iştirak edirdi. Qeyd edim ki, gənclər yığmasının beş oyunçusu artıq əsas yığmaya cəlb edilir. Heyəti demək olar ki, tamamilə yeniləmişik. Növbəti təsnifat mərhələsinə hazırlaşırıq. Mən heçə-heçəyə çox xoşbəxtəm. Bu, Norveçə qarşı növbəti oyuna hazırlıq baxımından yaxşı oyun idi. Uşaqlar meydanda özünü böyük istəklə göstərdilər və yaxşı oynadılar. Səhvi qapıçının səfeh səhvi ucbatından buraxdıq. Hesab edirəm ki, qapıçının görmə problemi və pis işıqlandırma ucbatından bu səfeh qolu buraxdıq. Tamaşaçılar gözəl oyun gördülər. Moldova yığası güclü komandadır. İkinci hissədə sürətli oynayırdılar. Bu oyun, növbəti oyunlara hazırlıq baxımından yaxşı oyun idi”.
(Moldavskiy sport)
