5 mart 2014 18:55
Vaqif Sadıqov: Yeni oyunçular yığmada rəqabəti artıracaq
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına açıqlamasında millimizin Filippin yığmasına qarşı bu gün keçirəcəyi oyunla bağlı fikirlərini bildirib:
“İlk oyun həmişə vacibdir. Axı bu yeni mürəkkəb yolun başlanğıcıdır. Əminəm ki, millimizin bütün futbolçuları bunu dərk edir və rəqibin kimliyindən asılı olmayaraq, qələbəyə can atacaqlar. Qələbə bizə istənilən rəqib üzərində lazımdır. Yığmada yeni adlara gəlincə, deyim ki, nəsildəyişmə prosesi həmişə getməlidir. Azərbaycan pasportu olan hər bir futbolçu yığmanın potensial oyunçusudur. Yeni oyunçular yığmada rəqabəti artıracaq və komandaya ötən təsnifat mərhələsində çatışmayanı gətirməlidirlər”.
