5 mart 2014 17:11

Zaur Ramazanov: AÇ-2016 Berti Foqtsun son şansı olmalıdır

Veteran futbolçu Zaur Ramazanov azerisport.az saytına müsahibəsində millimizin Filippin yığmasına qarşı keçirəcəyi yoxlama görüşündən, AÇ-2016-dakı şanslarından danışıb:

- Milli komandamız Filippin yığması ilə yoldaşlıq görüşündə gücünü sınayacaq. Bu oyun haqda fikirlərin maraqlı olardı...
- Filippin komandasına çoxları yuxarıdan aşağı baxır. Fikrimcə, bu oyunda qələbə qazanmaq asan olmayacaq. Yoldaşlıq görüşü olduğu üçün nəticəyə o qədər də önəm verməyə ehtiyac yoxdur. Amma qələbə heç vaxt vacibliyini itirmir. Filippin futbolçuları da sona qədər mübarizə aparacaq və qələbə qazanmağa çalışacaq.

- Axı Filippin yığması o qədər güclü komanda deyil...
- Biz də o qədər güclü oynamırıq. Güclü rəqiblərə qarşı milli hər zaman yaxşı hazırlaşır. Nisbətən zəiflərlə oyun alınmır. Lüksemburq və Lixtenşteyn yığmaları ilə oyunları yada salın. Həmin oyunlarda komandamız müəyyən mənada əziyyət çəkib. Qol şansları çox olsa da yararlana bilməyib. Məhz bu amillərə görə, Filippin yığması ilə oyunun asan olacağına inanmıram.

- Bu oyuna hazırlığa bir neçə gənc futbolçu dəvət alıb. Hansı futbolçunun oyununu fərqləndirə bilərsən?
- Düzü, əksəriyyətini izləməmişəm. “Neftçi”də çıxış edən Elvin Yuniszadənin oyunu diqqəti cəlb edir. Yaxşı futbolçudur. Millidə də özünü göstərə bilər. 

- Bir qədər AÇ-2016-dan danışaq. Rəqiblər məlumdur. Bu qrupda millimiz neçə xal toplaya bilər?
- AÇ-2016-nın seçmə mərhələsi bizim üçün çətin olacaq. Çünki qrupda bütün rəqiblərimiz güclüdür. Amma Azərbaycan millisi tilsimi qırmalıdır. Yəni, pley-offa vəsiqə qazanmaqla, azarkeşləri sevindirmək lazımdır. Nəhayət, biz də pley-off üzü görməliyik. UEFA-nın Avropa çempionatının final mərhələsində 24 komandanın mübarizəsinə şərait yaratması, bizim xeyrimizədir. Ona görə pley-offa düşmək vacibdir. Əks halda, Foqtsla müqavilə artırılmalı deyil. AÇ-2016 Foqts üçün son şans olmalıdır.

- Hansı keyfiyyətlərə görə milli komanda qrupda 3-cü yeri tuta bilər?
- Son illər Azərbaycan futbolunda maliyyə çoxalıb. Yəqin, federasiya vacib oyunlara mükafatı artıracaq. Həmin zaman futbolçularımız daha yaxşı oynayır. Bizim dövrümüzdə futbolda bu qədər pul yox idi. Maliyyə önəmlidir. Futbolçular meydana daha ürəklə çıxacaq. Digər tərəfdən, məşqçi işi görünməlidir. Komandamız qol vurub qələbə qazanmağa öyrəşməlidir. 

- İtaliya və Xorvatiya kimi komandalarla oyunda nəyə ümid etmək olar?
- Ən yaxşı halda Bakıda İtaliya ilə heç-heçə oynamaq olar. Xorvatiya komandası ondan çətin rəqibdir. Xorvatlar əzmkar futbol oynayır. Bolqarıstan, Norveç kimi yığmalarla görüşdə ehtiyatlı olmaq lazımdır. Onlar hər bir səhvi cəzalandıra bilər. Pley-offa qalmaq istəyiriksə gərək bu komandalardan xal almalıyıq. Malta yığması ilə hər iki görüşdə qələbəyə oynamağa borcluyuq. Milli özü hiss etməlidir ki, artıq Avropa çempionatına vəsiqə uğrunda yarışır. Vaxtı ilə Del Pyeronun çıxış etdiyi İtaliya yığması indikindən dəfələrlə güclü idi. Amma o vaxt milli mübarizə göstərmişdi. 

- Son seçmə mərhələni yada salaraq. Azərbaycanın AÇ-2016-ya düşmək şansı real görünür?
- Son seçmə mərhələdə Azərbaycan yığması yaxşı oynadı. 4-5 il əvvəl futbolçular topu saxlaya bilmirdi. Hücum qurmaqda çətinlik çəkirdik. İndi normal oyun sərgiləyirik. Düzdü, güclü rəqiblərlə oyunumuz alınmır. Lakin qol vurmağa çalışırıq. Əvvəlki oyunla müqayisədə irəliləyiş hiss olunur. Sadəcə, düşünmək lazımdır, bundan da irəli getmək olarmı? Futbolçularımızın potensialı yüksəkdir. Ona görə, maksimum xal toplamaq vacibdir. Ötən seçmə mərhələ qazanılan 9 xal unudulmalıdır. Yoxsa futbolçular elə başa düşəcək ki, 10-11 xalla artıq iş bitmiş sayılır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.