5 mart 2014 16:48

Hafiz Məmmədovla Atletiko rəhbərliyi arasında növbəti görüş keçirilib

“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun Azərbaycanın dünyada tanıdılması işinə verdiyi töhfə tədricən öz bəhrəsini verməkdədir. Azerisport.az xəbər verir ki, hazırda Hafiz bəyin himayədarlığı ilə Madrid “Atletiko”su və “Lans” öz oyunlarına üzərində “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) ifadəsi yazılmış formalarla çıxır.
Bu səmərəli əməkdaşlığın nəticəsi olaraq, bu günlərdə İspaniyada Madrid “Atletiko"sunun prezidenti Enriko Serezo və “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov arasında növbəti görüş keçirilib. Görüş zamanı Enriko Serezo futboldakı işbirliyinə toxunaraq fikirlərini bölüşüb: “Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar. “Land of Fire Azerbaijan” ideyası əməkdaşlığımızın gözəl nümunəsidir. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtdırmağa çalışmışıq. Bu işlərin məntiqi nəticəsi olaraq, Azərbaycan - İspaniya ticarət palatası da təsis olunub.

Bu günlərdə Azərbaycan xalqı 22 il əvvəl törədilmiş Xocalı faciəsini anaraq, vəhşiliklə öldürülən vətəndaşlarının ruhunu anır. Mən də öz növbəmdə bu hadisələri pisləyir, Hafiz Məmmədovun simasında xalqınıza başsağlığı verirəm. Azərbaycanın bundan sonra belə faciələrdən uzaq olmasını diləyirəm”. 

Görüşün sonunda Enriko Serezo Hafiz bəyə öz hədiyyələrini təqdim edib.
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.