5 mart 2014 16:44

Mahir Şükürov: Qarşıda hələ uzun marafon var

“Neftçi” PFK-nın futbolçusu Mahir Şükürov Azərbaycan çempionatlarının 22 illik tarixində 200 və daha çox oyun keçirən 100-cü futbolçu olub. Azerisport.az xəbər verir ki, müdafiəçi karyerasını Premyer Liqada davam etdirən oyunçular arasında 200-cü matçını keçirmiş 21-ci futbolçu kimi tarixə düşüb.
Mahir Şükürov bununla bağlı klubun rəsmi saytına danışıb:
“Hər bir futbolçu istəyər ki, uzun və uğurlu karyeraya sahib olsun. İndiyə kimi keçirdiyim 200 oyundan 68-də “Neftçi”nin forması ilə meydana çıxmışam. İnşallah “Neftçi”də 100-cü oyunumu keçirərəm. Bu komandanın üzvü olmaq qürurvericidir. “Neftçi” ilə karyeramın ən böyük nailiyyətlərinə imza atmışam. Avropa Liqasının qrup mərhələsində oynadıq, çempionluq yaşadıq və ölkə kubokunu qazandıq. İndi bunun davamını gətirmək üçün əlimizdən gələni etməliyik. Çempionatın son oyunlarına komandamız heyətdəki böyük itkilərlə çıxdı. Bu səbəbdən də vacib xallardan məhrum olduq. Amma qarşıda hələ uzun marafon var, ona görə də indidən nə isə demək çətindir. İstərdim ki, “Neftçi” ilə yanaşı milli komandadakı oyunlarımın sayını da artırım. Son toplanışa dəvət almasam da, yığmaya kömək etməyə həmişə hazıram. Məşqçilər hər toplanışda gənc futbolçulara da dəvət göndərib onlara şans verirlər. Bu çox gözəl haldır. Bizim komandadan da Elvin Yuniszadə ilk dəfə olaraq milli komandaya çağırıldı. İnanıram ki, o da yığmada yerini möhkəmlədə biləcək. Mənə də nə vaxt dəvət gəlsə canla-başla oynayaram”.
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.