5 mart 2014 16:40
Mustafa Dənizli: Azərbaycanda məndən çox şey gözləyirlər
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli Türkiyə KİV-nə müsahibəsində öz klubu haqda danışıb. Azerisport.az xəbər verir ki, Dənizli bunları söyləyib:
“Mənim Azərbaycandakı layihəm yalnız klubun çempionluğuna aid deyil. Mən Azərbaycan futboluna nə isə vermək üçün gəlmişəm. “Xəzər Lənkəran”ın prezidenti dedi ki, klubun tapşırıqlarından başqa, Azərbaycanda məndən çox şey gözləyirlər. 25 ildir ki, mən bu sənətlə məşğulam. Bundan başqa, özüm 20 il oynamışam. Mənim biliklərim - həyat təcrübəsidir”.
