5 mart 2014 16:33
Azərbaycan FIFA reytinqində xallar itirəcək
Millimizin Filippin yığmasına qarşı bugünkü oyununun nəticəsindən asılı olmayaraq, Azərbaycan FIFA reytinqində xallar itirəcək. Azerisport.az xəbər verir ki, komandamızın qələbə təqdirində 369 xalı, heç-heçə oynayacağı halda 356 xalı, məğlubiyyətə uğrayacağı halda isə 350 xalı olacaq.
Xatırladaq ki, hazırda komandamız 372 xalla 93-cü pillədə qərarlaşıb.
