5 mart 2014 16:22
Qurban Qurbanov: Yeni futbolçuların bu gün şans alacağı istisna deyil
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına açıqlamasında millimizin Filippin yığmasına qarşı bu gün keçirəcəyi oyunla bağlı fikirlərini bildirib:
“Rəqibin zəif və ya güclü olmasının fərqi yoxdur. Oynamaq lazımdır. Komanda yeni adlar var və onların bu gün şans alacağı istisna deyil. Düşünürəm ki, bu oyunda qələbə vacibdir. İlin ilk oyununda və təsnifat mərhələsinin astanasında qələbə qazanmaq lazımdır. Azərbaycan yığmasına bugünkü oyunda uğurlar arzu edirəm”.
