5 mart 2014 14:33
Böyükağa Hacıyev Filippinlə oyun haqda danışdı
"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında Azərbaycan və Filippin komandalarının yoldaşlıq görüşü barədə danışıb:
"Fillipinlə oyunun necə olacağını söyləmək çətindir. Filippinin heyəti və oynadığı futbol haqda məlumatım azdır. Amma yığmanın daha güclü rəqiblə oynamasını istəyərdim. Vaxtı ilə İspaniya millisi ilə Bakıda oynamışdıq. Gərək, federasiya yenə güclü rəqiblə danışıq aparaydı. O zaman yığmanın oyunu daha maraqlı olardı. Milli komandadan qələbə gözləyirəm. Azarkeşləri qələbə ilə sevindirmək lazımdır".
