5 mart 2014 14:05
Rüfət Dadaşov: Kayzerslautern mənə müqavilə təklif edir, ancaq mənim Azərbaycanda oynamaq şansım var
Millimizin hücumçusu Rüfət Dadaşov azerisport.az saytına müsahibəsində Filippinə qarşı keçiriləcək yoldaşlıq oyunundan, TPL-dən gələn təkliflərdən, Bundesliqadan və AÇ-2016-nın püşkatmasından danışıb:
- Çərşənbə günü millimiz Filippin yığmasına qarşı yoldaşlıq oyunu keçirəcək. Bu oyundan nə gözləyirsiniz?
- Birmənalı şəkildə, meydana qələbə üçün çıxacağıq. Dubayda xoş ovqatla getmək istəyirik. Ümumiyyətlə, məğlub olmaq istəyən komanda tanımıram. Lap elə yoldaşlıq görüşü olsa belə.

- Gücə qənaət rejimindən söhbət belə gedə bilməz?
- Yığma üçün oynayanda meydanda bütün varlığını qoymalısan. Axı məşqçilər səni yığmaya çağıranda sənə ümid edirlər.

- AÇ-nin təsnifat mərhələsinin püşkatmasının nəticələrini necə qəbul etdiniz?
- Biz çətin qrupa düşmüşük. Ancaq başqa nəticə gözləmək də olmazdı. Düşünürəm ki, üçüncü yeri tutub AÇ-yə yollanmaq gücündəyik.

- Belə olan halda biz kimi turnirdən kənarda qoya bilərik? Norveç? Bolqarıstan?
- İtaliya və Xorvatiya kağız üzərində favoritidir. Ancaq onları qarşıda DÇ də gözləyir. Onların mundialdan sonra hansı vəziyyətdə olacağını heç kim bilmir. Adətən belə yarışlar istənilən komandaya təsir edir.

- Bir qədər də “Kayzerslautern”də sizin rolunuz haqda danışaq. İkinci komandanın heyətində o qədər də qol vurmursunuz. Birinci komandaya isə sizi hələlik, götürmürlər. Sizi bu vəziyyət narahat etmir ki?
- Əlbəttə, hamı birinci komandada oynamaq istəyir. Mən də yeni səviyyəyə çıxmaq istəyirəm. Ancaq mən özümü “Kayzerslautern”ə gərəksiz hesab etmirəm.

- Klubun sizinlə müqavilə müddətinin uzadılması təklifini nəzərdə tutursunuz?
- Məhz bunu. Onlar məni gələcəkdə də komandada görmək istəklərini artıq bildiriblər. Hələlik düşünürəm.

- Noyabrda bizə demişdiniz ki, Azərbaycan klublarından sizə təkliflər var. Onlar hələ qüvvədədir?
- Bəli. Mənim hələ də Azərbaycanda oynamaq şansım var. Hələ hansı variant üzərində dayanacağımı bilmirəm.