5 mart 2014 18:53
Yığmamız Moldova ilə sülh bağladı
Bu gün futbol üzrə Azərbaycanın U-21 yığması yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, Bernard Lippertin çalışdırdığı komandamız Moldovada yerli yığmayla üz-üzə gəlib.
Tiraspol şəhərindəki "Şerif" İdman Kompleksində baş tutan görüşdə qalib müəyyənləşməyib. Matçda hesabı meydan sahibləri açıblar. Amma qarşılaşmanın sonlarında futbolçularımız künc zərbəsini qolla tamamlayıblar və matç "sülh"lə başa çatıb.
Yoxlama oyunu
5 mart
5 mart
Moldova (U-21) - Azərbaycan (U-21) - 1:1 (1:0)
Qol: Azər Salahlı, 83 (1:1).
Tiraspol. "Şerif" İdman Kompleksi.
Yığmamızın start heyəti: Andrey Popoviç, Tərlan Quliyev, Ürfan Abbasov, Elvin Bədəlov, Vüqar Mustafayev, Elşən Abdullayev, Taşkın İltər, Umut Sönməz, Rəşad Eyyubov, Ruslan Qurbanov, Ağabala Ramazanov.