5 mart 2014 13:33
Şrök: Biz Azərbaycan yığmasını məğlub edə bilərik
Filippin yığmasının yarımmüdafiəçisi Ştefan Şrök bu gün millimizə qarşı keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Şrek bunları söyləyib:
“Biz bu oyunda qələbə qazana bilərik. Malayziya yığması ilə son heç-heçə bizi ruhlandırdı. Düşünürəm ki, Azərbaycan yığmasını təhlükəli rəqib olmasına rəğmən, onları məğlub edə biləcək gücdəyik”.
