5 mart 2014 01:22
Reynaldo və Leroy - Flaqmanın başağrısı simptomları
TPL-in 24-cü turu çərçivəsində üz-üzə gəlmiş “Neftçi” və “Qarabağ” çempionatlar tarixində 55-ci dəfə qarşılaşıblar. Azerisport.az klub saytına istinadən xəbər verir ki, tarixində ikinci dəfə “Neftçi” üzərində böyükhesablı qələbə qazanmış “Qarabağ”ın zəfərində xüsusi məqam diqqəti cəlb edib.
Belə ki, 4:1 hesablı qələbədə het-trik etmiş Reynaldoya bütün sonuncu ötürmələri Leroy verib. İkilikdə rəqibi çökdürmüş duet 2-ci dövrədə baş tutmuş və 3:1 hesabı ilə başa çatmış görüşün də taleyini həll etmişdi. Həmin oyunda Reynaldonun dublu zamanı Surinam əsilli holland futbolmu assistent rolu oynamışdı. Maraqlıdır ki, Jumbinyonun penalti ilə fərqləndiyi 3-cü qolda da penalti məhz Reynaldoya qarşı kobudluğa görə qeydə alınmışdı.
Son iki qarşılaşmada “Flaqman” üzərində qeydə alınmış 3:1 və 4:1 hesablı qələbələrdə Reynaldo və Leroyun göstəriciləri diqqət çəkir:
Reynaldo - 5 qol, 1 penalti;
Leroy - 5 ötürmə, 1 qol.
Son iki qarşılaşmada “Flaqman” üzərində qeydə alınmış 3:1 və 4:1 hesablı qələbələrdə Reynaldo və Leroyun göstəriciləri diqqət çəkir:
Reynaldo - 5 qol, 1 penalti;
Leroy - 5 ötürmə, 1 qol.
