5 mart 2014 01:00
Yuri Syomin: Hər hansı olay varsa, İzmaylov bunu komanda daxilində həll edəcək
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin bildirib ki, onun Marat İzmaylovla heç bir problemi yoxdur. Azerisport.az xəbər verir ki, Syomin bəzi kütləvi informasiya vasitələrinin məşqçinin İzmaylovu TPL-in son oyunlarında əsas heyətə daxil etməməyi ilə bağlı yazdığı məlumata cavab verib:
“Bu yalan məlumatdır. Başa düşmürəm ki, bu, haradan qaynaqlanır. Ona ümumiyyətlə heç bir sualımız, iradımız yoxdur. Eləcə də onun bizə. Onun bizə nə sualı ola bilər axı? Oynayır, oyun praktikası var. İzmaylov çox alicənab insandır. O, heç vaxt mətbuatda öz hiddətini bildirməz. Əgər hər hansı olaylar yaransa belə, o, bunları komanda daxilində həll edər. Belə cəfəngiyatı şərh etmək istəmirəm”, deyə Syomin “R-Sport”a bildirib.
Xatırladaq ki, İzmaylov “Qəbələ”yə yanvarda keçib və komandana 5 oyun keçirib.
