4 mart 2014 00:55
Enriko Serezo: Yalnız bir il ərzində Atletikoya Azərbaycanı bütün dünyaya reklam etmək müyəssər olub
Madrid “Atletiko”sunun prezidenti Enriko Serezo “Bakı” ilə əməkdaşlıq müddətinin daha bir uzadılmasını şərh edib. Azerisport.az xəbər verir ki, Serezo bunları söyləyib:
“Bu, ümumi maraqların inkişafına imkan verən inqilabi sponsorluqdur. Yalnız bir il ərzində Atletikoya Azərbaycanı bütün dünyaya reklam etmək və bu iki ölkə arasında əlaqələri möhkəmləndirmək müyəssər olub”.
“Döşəkçilər” bu barədə İspaniya La Liqasının 26-cı turu çərçivəsində “Real”a qarşı keçirilmiş Madrid derbisi ərəfəsində bildiriblər.
(Çempionat.com)
