4 mart 2014 00:33
Ruslan Abışov: Qrupda üçüncülük? Niyə də yox?
Millimizin və “Rubin”in yarımmüdafiəçisi Ruslan Abışov azerisport.az müxbirinin suallarını cavablayıb:
- Filippin yığmasına qarşı keçiriləcək oyundan nə gözləyirsiniz?
- İlk növbədə, qeyd etmək istəyirəm ki, milli komanda üzrə yoldaşlarımızla yenidən bir yerdə toplaşmaq çox xoşdur. Mən uşaqlardan yaxı oyun və yaxşı nəticə gözləyirəm.

- Nəticə bu qədərmi vacib olacaq?
- İstənilən qələbə vacibdir. Xüsusən, ili həmişə xoş hisslərlə başlamaq yaxşıdır. Bu il bir-birimizi tez-tez görmək imkanımız olmayacaq. Çərşənbə günü oynayacağıq və bir də may və ya iyunda. Sonra isə təsnifat mərhələsi gəlir.

- Yeri gəlmişkən, püşk ürəyinizcədir?
- - Mən İnternet vasitəsi ilə izləyirdim. Düzünü deyim, çox da razı deyiləm. Hər səbətdən bizə az qala ən güclü rəqib düşdü. Ancaq yəqin ki, bu, bəlkə də yaxşılığa doğrudur. Axı bu mərhələdə qarşımızda yüksək məqsədlər qoyuruq.

- Qrupda məhz üçüncü yer?
- Niyə də yox? Əlbəttə, İtaliya və Xorvatiya aşkar favoritlərdir. Ancaq Bolqarıstan, Norveç və Malta ilə oynamaq və nəticə də qazanmaq olar. Biz ötən mərhələdə yalnız DÇ-yə gedən komandalara məğlub olduq. Müəyyən mənada bu, bizə özünəinam verdi.
- Bu toplanışa Foqts üç yeni futbolçu dəvət edib. “Fortuna”dan Tuqrul Erat, “Neftçi”dən Elvin Yuniszadə, “İnter”dən Abdulla Abatsiyev. Onlar necə təsir bağışladı?
- Pis deyillər. Var gücləri ilə cəhd edirlər. Məncə, bugünkü məşqdə (söhbət bazar ertəsi olub - red.) və ikitərəfli oyunda onlar layiqli görünürdülər.

- Siz isə “Rubin”də daha çox oyun təcrübəsi əldə etməyə başlamısınız.
- Bəli. Son oyunda “Betis”ə qarşı 15 dəqiqə oynadım.

- Təəssüratlarınız?
- Xüsusi. Heç də hər gün belə güclü komandaya qarşı oynamırsan.

- Maraqlıdır ki, sizi komandaya Qurban Berdıyev cəlb edib. Ancaq oyun vaxtını daha çox Renat Bilyaletdinovun vaxtında alırsınız. Bu, o deməkdir ki, yeni baş məşqçi sabiq məşqçinin dəvət etdiyi futbolçulardan imtina etmir?
- Məsələ yalnız bunda deyil. Sadəcə, mən dedim ki, heyətdə yer qazanmağa çalışacağam. Mən məşqlərə vaxtınada qabaq gəlirəm və həmişə məşqdən sonra da qalıram. Təəssüf ki, indi Kazanda soyuqdur. İyirmi dərəcə şaxta var. Buna görə də təmiz havada qaçış etmək həmişə müyəssər olmur.