4 mart 2014 12:26
Rəşad Sadıqovun əvəzinə Elvin Yunuszadə
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun sabah keçiriləcək Filippinlə yoxlama matçında meydana çıxıb-çıxmayacağı bu gün bəlli olacaq. Azerisport.az xəbər verir ki, onun nə dərəcədə hazır olduğuna axşam məşqində qərar veriləcək.
Amma kapitanın bu görüşdə iştirak etmək şansı çox azdı. Sadıqov meydana çıxa bilməsə, onu Elvin Yunuszadə əvəzləyəcək. Yığmamızı meydana kapitan kimi Ruslan Abışov çıxaracaq.
Amma kapitanın bu görüşdə iştirak etmək şansı çox azdı. Sadıqov meydana çıxa bilməsə, onu Elvin Yunuszadə əvəzləyəcək. Yığmamızı meydana kapitan kimi Ruslan Abışov çıxaracaq.
