4 mart 2014 12:00

Rəvan Xəzər Lənkəran üçün başladı

Topaz Premyer Liqasının 25-ci turunda "Xəzər Lənkəran”la qarşılaşacaq "Rəvan” bu oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, AZAL ilə oyundan sonra 2 gün istirahət edən komanda üzvləri bu gün yenidən bir araya gəlib.

Səhər məşqi əsasən fiziki hazırlığa həsr olunub. Axşam məşqi isə taktiki-texniki hazırlıq üzərində qurulub. Komandanın bütün üzvləri məşqdə iştirak edib. Tyaqo Mirasemanın zədəsini sağaltması da məşqçilər korpusunu sevindirir. Qeyd edək ki, bugünkü məşqdə yeni futbolçu da iştirak edib. Belə ki, Slovakiya millisinin yarımmüdafiəçisi Kamil Kopunek artıq komanda ilə birgə məşqə çıxıb.

Slovakiya millisinin heyətində 17 oyuna çıxaraq 2 qol vurmuş 29 yaşlı yarımmüdafiəçi Trnava "Spartak”ının yetirməsidir və karyerasının böyük hissəsini məhz elə bu klubda keçirib. Son klubu "Slovan” (Bratislava) olan Kopunekin İtaliya A Seriyasında (Bari) çıxış etdiyini də vurğulayaq. Onunla münasibətlər yaxın günlərdə rəsmiləşəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.