4 mart 2014 18:55
Mahmud Qurbanov: Yığmada hansı rolu icra etmək vacib deyil
Milimizin məşqçisi Mahmud Qurbanov özünün millidəki işi barədə açıqlama verib. Azerisport.az xəbər verir ki, Qurbanov bunları söyləyib:
“Vaxtı ilə millinin şərəfini qorumuşam. Hazırda millinin məşqçisiyəm. Şadam ki, bu müddət ərzində yığma tərəqqi edib. Yığmada hansı rolu icra etmək vacib deyil. Oyunçular məni tanıyır. Bəziləri ilə hətta oynamışam. Yığmada problemim yoxdur”.
