4 mart 2014 18:48
Qəbələ Flaqmanla oyuna hazırlaşır
"Simurq" - "Qəbələ" matçının (0:0) ardından iki günlük istirahətə buraxılmış "qırmızı-qaralar" dünəndən etibarən növbəti - XXV tur çərçivəsində keçiriləcək "Neftçi" ilə qarşılaşmanın hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesinə zədəsi olan Omar Kalabane, Dieqo Koşta Silva, Rafael Santos və milli komandaların heyətində yer alan Kamran Ağayev, Elnur Allahverdiyev (hər ikisi Azərbaycanın əsas yığması), Ürfan Abbasov və Ruslan Tağızadə (hər ikisi Azərbaycanın U-21 yığması) qatılmayıb.
Xatırladaq ki, "Qəbələ" - "Neftçi" qarşılaşması martın 9-da Qəbələ Şəhər Stadionunda baş tutacaq. 13:00-da start götürəcək matç "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.
(Klub saytı)
