4 mart 2014 18:44
Foqts AFFA-dan cavab gözləyir
Millimizin baş məşqçisi Berti Foqts yığmanın may ayında yoldaşlıq görüşü keçirəcəyini təsdiqləyib. Azerisport.az xəbər verir ki, Foqts bunları söyləyib:
“Biz oyunu may ayına nəzərdə tutmuşuq. Ancaq rəqiblə bağlı müəyyənləşməmişik. AFFA bir neçə gündən sonra harada oynayacağımızı deyəcək”.
Xatırladaq ki, bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov saytımıza açıqlamasında bildirmişdi ki, millimizin Cənubi Amerikada DÇ iştirakçısı ilə oynamaq şansı var.
