4 mart 2014 18:40
Xəzər Lənkəran Rəvana qarşı oyuna hazırlığı davam etdirir
Artiq iki gündür ki, paytaxtda məskunlaşmış “Xəzər Lənkəran” “Rəvan”a qarşı oyunun hazırlığına start verib. Azerisport.az xəbər verir ki, respublika stadionunun süni örtüklü meydançasında komanda gündə bir dəfə olmaqla, məşqlərini davam etdirir.
Bir müddətdir zədədən əziyyət çəkən Rasim Ramaldanov, Rahid Əmirquliyev, Etame Mbilla və Adrian Skarlatake komandaya qoşularaq fərdi məşqlərlə kifayətlənirsə, braziliyalı yarımmüdafiəçi Deyvid Sakkoni zədə ucbatından hələlik hazırlıqdan kənarda qalıb.
O cümlədən, milli komandaların toplanışı ilə əlaqədar Elnur Cəfərov (U-19), Ağabala Ramazanov (U-21) və Dejan Blajevski (Makedoniya) “Xəzər Lənkəran”dan ayrı düşüblər. Bakıda hazırlığını davam etdirən komanda mart ayının 7-də matçın keçiriləcəyi “Bayıl Arena”da oyun öncəsi son məşqini keçirib matç saatını gözləyəcək.
Xatırladaq ki, Topaz premyer liqasının XXV turunun “Rəvan”-“Xəzər Lənkəran” görüşü mart ayının 8-i 15:00-da start götürəcək.
(Klub saytı)
