4 mart 2014 18:33

Berti Foqts: Abışovun Rubində belə az oynamasına ürəyim ağrıyır

Sabah Filippin yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşü ərəfəsində bu gün təşkil edilmiş mətbuat konfransında millimizin baş məşqçisi Berti Foqts sualları cavablayıb. Azerisport.az Foqtsun fikirlərini diqqətinizə çatdırır:
“Ötən həftə püşkatmaya dair mətbuat konfransı olmalı idi. Ancaq nədənsə, baş tutmadı. Məndən nə qədər xal toplamağı nəzərdə tutduğumuzu soruşdular. Əgər bu, normal sualdırsa, onda jurnalistikada nəyisə dəyişmək lazımdır”, deyə Foqts sözə başlayıb və ardınca öz köməkçiləri - Mahmud Qurbanov, Rauf Mehdiyev, Volfqanq Rolf və Uli Ştaynı təqdim edib.
- Futbolçuların hazırlığı necədir?
- Mənim həmkarlarımla danışmaq sizə maraqlı deyil? Fiziki hazırlıq normaldır. Müsbət məqamlar var. Psixoloji nöqteyi-nəzərdən də hər şey yaxşıdır. İstək görürəm. Biz “Qarabağ” - “Neftçi” və “Xəzər Lənkəran” - “Bakı” oyunlarına baxmışıq. Yaxşı oyunlar idi.
- Nə üçün yığmada “Qəbələ”dən iki qapıçı var?
- Mənə elə gəlir ki, bir klubda yığmanın iki qapıçısı oynamamalıdır. Kamran “Qəbələ”yə Anardan sonra gəlib. Mən ona müqavilədə şərt qoymağı təklif etdim ki, o, birinci nömrə olsun. Ancaq o, bunu etmədi. Anarda günah görmürəm. Hər ikisi yığmanın qapıçısıdır.
“Səlahət Ağayevin zədəsi var. Aqil Məmmədovun isə ailəsində itki var”, deyə Uli Ştayn əlavə edib.
“Anar ehtiyatda oturmasına rəğmən, yaxşı formadadır”, deyə Rauf Mehdiyev bildirib.
- Oyunçuları öz strategiyanıza nə qədər öyrədə bilmisiniz?
- Hər bir oyunçu digərindən fərqlənir. Ancaq vacibdir ki, onlar bir-birini yaxşı anlasınlar. Mən həmişə futbolçulara demişəm ki, sürətlə oynamaq lazımdır. Mən Rəşad, Mahir və Elnurdan çox şey tələb edirəm.
- Kimlə işləmək asandır - yerlilər yoxsa milliləşdirilmişlərlə?
- Futbol komanda oyunudur. Hər futbolçunun öz anlayışı var. Hər şey sadədir. Biz hamımız futbolçuya nə etmək lazım olduğunu deyirik. Mənim üçün hansı dildə və ya tərcüməçi vasitəsilə danışmağın heç bir fərqi yoxdur. Bizim futbolun problemi ondadır ki, topsuz qaçmır. Mən bunu çempionatda həmişə görürəm. Çempionatın son oyununda “Qarabağ”ın futbolçuları məhzz belə oynayırdı. Yeri gəlmişkən, əksəri əcnəbilər idi.
- Nə üçün Mahir Şükürov toplanışda yoxdur?
- Mahir öz jestindən sonra toplanışı buraxmalı idi. Mən Mahirə düşünmək üçün vaxt vermişəm. O, azarkeşlər üçün oynadığını anlamalıdır. Mən onunla danışacağam. Azarkeşlərə belə münasibət göstərmək olmaz. Siz də düşünün. Axı o, gənc futbolçulara nümunədir.
- Rəşad Sadıqov oynaya biləcəkmi? Əgər yox, bu halda, kapitan kim olacaq?
- Sabah səhər onun oynayıb-oynamayacağı aydın olacaq. Sadıqov bizə yüz faiz hazırlıqlı lazımdır. Rəşadın zədəsi ilə bağlı vəziyyətdən nə mən, nə də o, razı deyilik.
- Ruslan Abışovun “Rubin”də az oynaması sizi narahat etmir?
- Ruslan çox istedadlı oyunçudur. Çox təəssüf ki, Rusiyaya köçəndən sonra, o, əvvəlki deyil. Çünki o, az oynayır. Buna görə mənim ürəyim ağrıyır. O, özü də başa düşür ki, az oynayır. Mən onu çox sevirəm və onunla danışdım. Ruslan dedi ki, yaxınlarda qərar qəbul edəcək. Əgər Ruslanın xarici klubda oynamaq imkanı olsa, o, bundan yararlanmalıdır. Oynamaq lazımdır, skamyada oturmaq yox.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.