4 mart 2014 18:11
Berti Foqts: Mahir Şükürov öz hərəkətindən sonra toplanışı buraxmalı idi
Millimizin baş məşqçisi Berti Foqts “Neftçi”nin müdafiəçisi Mahir Şükürovu hansı səbəbə toplanışa dəvət etmədiyinə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, Foqts bunları söyləyib:
“Mahir öz jestindən sonra toplanışı buraxmalı idi. Mən Mahirə düşünmək üçün vaxt vermişəm. O, azarkeşlər üçün oynadığını anlamalıdır. Mən onunla danışacağam. Azarkeşlərə belə münasibət göstərmək olmaz. Siz də düşünün. Axı o, gənc futbolçulara nümunədir”.
