4 mart 2014 18:00
Volfqanq Rolf: Foqtsun Azərbaycandakı işi hamının gözü qabağındadır
Millimizin məşqçisi Volfqanq Rolf baş məşqçi Berti Foqtsa işindən və millimizin AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində yer aldığı “H” qrupundan danışıb. Azerisport.az xəbər verir ki, Rolf bunları söyləyib:
“Foqts böyük mütəxəssisdir və Foqtsun Azərbaycandakı işi hamının gözü qabağındadır. Ab-hava yaxşıdır, məni xoş qarşıladılar. Bertini hələ gənclər yığmasından tanıyıram. Orada məşqçim olub. Oyunçuların ona necə yaxşı münasibət bəslədiyini görürəm. Bizim qrup çətindir. İtaliya və Xorvatiya burada yer alıb. Yaxşı oynamaq üçün hər şeyə cəhd edəcəyik və ən azı üçüncü yeri tutmağa çalışacağıq”.
